...

Azərbaycanda əhali yenidən siyahıya alınacaq - VAXT açıqlandı

Cəmiyyət Materials 26 Oktyabr 2018 15:01 (UTC +04:00)
Gələn ilin oktyabr ayında Azərbaycanda əhalinin siyahıya alınması həyata keçiriləcək.
Azərbaycanda əhali yenidən siyahıya alınacaq - VAXT açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Gələn ilin oktyabr ayında Azərbaycanda əhalinin siyahıya alınması həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.

T.Budaqovun sözlərinə görə, hazırda bunun üçün hazırlıq işləri gedir.

T.Budaqov qeyd edib ki, bu ilin 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda sınaq siyahıyaalınma keçirilib: "Hazırda Qəbələ üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Eyni zamanda, proqram təminatı da sınaqdan keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti