...

Azərbaycanda növbəti siyahıyaalınmada hansı YENİLİKLƏR olacaq?

Cəmiyyət Materials 26 Oktyabr 2018 17:21 (UTC +04:00)
Azərbaycanda əhalinin siyahıya alınma prosesində bütün rayonlar üzrə 40 minə yaxın insan cəlb olunacaq.
Azərbaycanda növbəti siyahıyaalınmada hansı YENİLİKLƏR olacaq?

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda əhalinin siyahıyaalınma prosesində bütün rayonlar üzrə 40 minə yaxın əməkdaş cəlb olunacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

T.Budaqov qeyd edib ki, siyahıyaalınma həm maliyyə sərfi, həm insan resurslarının cəlb edilməsi, həm də metodoloji baxımından çox mürəkkəb prosesdir:

"10 milyondan artıq əhalinin hər biri barədə müfəssəl məlumatların işlənməsi üçün bu prosesin həyata keçirilməsi nəzərdə tutulub. Gələn il keçiriləcək siyahıyaalınmanı digərlərindən fərqləndirən cəhət buarada Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müəyyən göstəricilərin də öz əksini tapması olacaq. Azərbaycanda əhalinin sosial tərkibi, gəlirlərin strukturu, əmək bazarındakı vəziyyətin bütün aspektləri, şəxsin təhsil aldığı sahədən tutmuş onun ixtisası, işlədiyi yer, işləməməyinin səbəbləri və s. məsələlər sorğu anketlərində yer alıb. Eyni zamanda əlilliklə bağlı məsələlər ilk dəfə daxil edilib”.

Komitə sədri vurğulayıb ki, bu məlumat bazası 10 il müddətində ölkədə müxtəlif demoqrafik, iqtisadi-sosial proqramların qəbul olunması üçün fundamental baza rolunu oynayacaq.

“Hazırda dünyada fasiləsiz təhsilə önəm verilir. Təhsil pillələri üzrə əhalinin vəziyyəti, miqrasiya prosesləri - istər beynəlxalq miqrasiya, istər daxili yerdəyişmə, bunun səbəbləri və s. suallar ətrafında böyük məlumat əldə etmək mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti