...

Azərbaycandan sonra Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir

Cəmiyyət Materials 22 Noyabr 2018 15:15 (UTC +04:00)
Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir.
Azərbaycandan sonra Avstraliya da terrorçuları vətəndaşlıqdan çıxarmaq istəyir

Bakı. Trend:

Avstraliyanın Baş naziri Skot Morrison parlamentə terrorçuluqda ittiham olunan şəxslərin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi təklif edib.

Trend-in məlumatına görə, mövcud qanuna əsasən hökumət ən azı 6 il həbs cəzası almış şəxsləri vətəndaşlıqdan məhrum edə bilər.

S.Morrison bildirib: "Biz bu tələbi ləğv edəcəyik, şəxs yalnız terrorçuluqda ittiham olunduğu halda tətbiq edəcəyik. Qanunun bu formulu qeyri-realdır, günün tələblərinə cavab vermir və hazırkı təhdidi əks etdirməlidir".

Xatırladaq ki, noyabrın 9-da Melburnda bıçaqlı kişi polisə hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, ikisi xəsarət alıb. Avstraliya polisi insidenti terror kimi qiymətləndirib. Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Azərbaycanda artıq bu təcrübə tətbiq olunur. Belə ki, ölkənin hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak edən şəxslər Azərbaycan vətəndaşlığından çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti