...

Komitə sədri: Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılmalıdır

Cəmiyyət Materials 26 Noyabr 2018 10:55 (UTC +04:00)
Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılmalıdır.
Komitə sədri: Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə strukturları yaradılmalıdır.

Trend-in məlumatına görə, bunu “Qadınlara və qızlara qarşı zorakılığa son” adlı 16 günlük fəallıq kampaniyasına həsr olunmuş konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, belə strukturlar bir çox ölkələrdə fəaliyyət göstərir.

A.Naxçıvanlı hesab edir ki, qadın zorakılığına qarşı mübarizə bütün sferalarda yaradılmalıdır.

Komitə sədrinin fikrincə, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün ayrıca "Qaynar xətt" yaradılmalı, televiziyalarda maarifləndirmə işləri geniş şəkildə həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti