...

ADU Konfutsi İnstitutunda növbəti Çin dili səviyyə imtahanı keçirilib

Cəmiyyət Materials 30 Noyabr 2018 13:58 (UTC +04:00)
Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib.
ADU Konfutsi İnstitutunda növbəti Çin dili səviyyə imtahanı keçirilib

Bakı. Trend:

Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, imtahan iştirakçılarının böyük əksəriyyəti ADU və digər universitetlərin tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri olub. İmtahan başlamazdan öncə Konfutsi İnstitutunun müəllimləri Çin dili kurslarının tələbələrini imtahanlarının məzmunu, dinləmə, oxu, qrammatik strukturları, sözlərin və heroqliflərin əsas yazılış qaydaları ilə tanış edib. Təşkil olunan bir neçə səviyyədən ibarət olan test imtahanları Çin dili anlayışı olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanıdır. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov qeyd edib ki, HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatın alınması Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, həmçinin Çin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. O, bildirib ki, Azərbaycanda HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi bu dilə marağın artmasına sübutdur.

Direktor bildirib ki, yüksək səviyyəli HSK imtahanından müvəffəqiyyətlə keçmiş tələbələr Ümummilli lider Heydər Əliyevin siyasi irsinin, Prezident İlham Əliyevin ölkələrimiz arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq istiqamətində gördüyü işlərin məlumat bazası materiallarının tərcümə işində fəal iştirak edirlər.

R.Abbasov həmçinin qeyd edib ki, son illərdə ADU nəzdində Konfutsi İnstitutunda Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı ənənəvi dostluq əlaqələrinin, çoxşaxəli əməkdaşlığın möhkəmlənməsi və inkişafı uğrunda fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı, "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı və Azərbaycan dilində nəşr olunmuş ÇXR-in Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına, Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitabları dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti