...

Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2018 17:44 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun qaliblər və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib
Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun qaliblər və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, çoxnövçülük üzrə fərdi çıxışların yükunları üzrə 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastların mükafatlandırma mərasim keçirilib.

2008-ci il təvəllüdlü gimnastlar arasında Ayşə Rəcəbli (Sumqayıt şəhəri) birinci yerə, Zəhra Cəfərova ("Zirvе International" idman klubu) ikinci yerə, Yulianna Arazova (Qusar rayonu) üçüncü yerə layiq görülüblər.

2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova (Mingəçevir şəhəri) birinci yeri, Dəniz Əsgərova ("Zirvе International" idman klubu) ikinci yeri, Ayan Əlizadə (Sumqayıt şəhəri) üçüncü yeri tutublar.

2010-cu il təvəllüdlü gimnastlar arasında Sevil Hüseynli ("Zirvе International" idman klubu) birinci yerə, Nazlı Mirzəliyeva (İsmayıllı rayonu) ikinci yerə, Zəhra Əlizadə (Şirvan rayonu) üçüncü yerə layiq görülüblər.

Həmçinin çoxnövçülük üzrə fərdi çıxışlarda 2006-2007-ci il təvəllüdlü gimnastlar arasında qaliblər müəyyən edilib.

2006-cı il təvəllüdlü gimnastlar arasında Cənnət Bayramlı (Sumqayıt) birinci, Leyli Ağazadə (Sumqayıt) ikinci, Nuran İsmayılova (Mingəçevir) üçüncü yerə layiq görülüblər. 2007-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri Nənəbacı Şəfiyeva (Qusar rayonu), ikinci yeri Səda Nazyurova (Qusar rayonu), üçüncü yeri isə Günəş Hüseynova (Naxçıvan) tutublar.

Komandalar yarışlarında halqa ilə qrup hərəkətlərdə 2008-2010-cu il təvəllüdlü gimnastlar arasında birinci yeri "Zirve 1" ("Zirvе International" idman klubu), ikinci yeri Sumqayır şəhərinin komandası, üçüncü yeri isə Göyçay rayonunun komandası tutublar.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilib.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alıblar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürüb. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti