...

Keyfiyyətli elmi tədqiqatlar UNEC-in hədəfində (FOTO)

Cəmiyyət Materials 8 Yanvar 2019 15:36 (UTC +04:00)
Elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilib.
Keyfiyyətli elmi tədqiqatlar UNEC-in hədəfində (FOTO)

Bakı. Trend:

UNEC-də bütün kafedra müdirlərinin iştirakı ilə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, dissertasiya işlərinin həcminə deyil, aktuallığına və əldə olunan nəticəyə önəm verilməsi, müdafiə ilə bağlı tələb olunan sənədlərin sayının minimuma endirilməsi təklif edilib, Dissertasiya işlərinin müdafiəsinin mümkün qədər elektronlaşdırılması, dünya təcrübəsinə əsaslanaraq, PhD dərəcəsi olan şəxslərə professor adının verilməsi məsələsinə baxılaraq məqsədəuyğun olduğu bildirilib.

AAK-ın ekspert şuralarının ləğv olunması, sənədləşmə və bütün proseslərə nəzarət funksiyasının AAK-a verilməsi, ixtisasların pasportlaşmasının həyata keçirilməsi, elmlərin təsnifatına yenidən baxılması, aparıcı təşkilatlar və opponentlərin zəruriliyinə bir daha baxılması təklif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti