...

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2019 00:58 (UTC +04:00)
Tədbir çərçivəsində təlimlərdə iştirak etmiş müəllim heyətinə sertifikatlar təqdim edilib.
UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır (FOTO)

Bakı. Trend:

Bu gün UNEC-də rektor, professor Ədalət Muradovun iştirakı ilə “Mühasibat uçotu və audit” kafedrası, “İqtisadiyyat” (rus dili) kafedrasının “Mühasibat uçotu” və marketinq fənnini tədris edən əməkdaşları üçün yeni sillabus əsasında təlimlər keçmiş müəllim heyətinə sertifikatların verilməsi mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin açılışı zamanı rektor, professor Ə.Muradov inkişaf üçün hərəkətin və istiqaməti düzgün müəyyən etməyin zəruri olduğunu vurğuladı. UNEC qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün zəruri potensiala sahibdir, lakin bu potensialın artırılması böyük əhəmiyyətə malikdir. Məhz bu məqsədlə UNEC-də mütəmadi olaraq müəllim heyəti üçün peşəkar təlimlər keçirilir, yay və qış məktəbləri təşkil olunur.

Bu il qış məktəbində müəllim heyətimizə Türkiyədən və İngiltərənin Kembric Universitetindən təlimçilər dəvət olunacaq. Həmçinin, müəllimlərimizin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə bu il Türkiyəyə heyətin göndərilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, UNEC-ə istedadlı gənc müəllimlərin cəlb edilməsi prosesi həyata keçirilir, Gənc alimlər şurası yaradılmışdır. Qeyd edildi ki, UNEC müəllim heyətinin xarici dil səviyyəsinin daha da artırılması məqsədi ilə “British Council”da əməkdaşlarımız üçün akademik ingilis dili kurslarının təşkili nəzərdə tutulub.

Tədbir çərçivəsində təlimlərdə iştirak etmiş müəllim heyətinə sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti