Bakı. İlhamə İsabalayeva - Trend:
Qripdən ən yaxşı müdafiə yüksək risk altında hesab edilən qruplar arasında peyvəndin aparılmasıdır.
Trend-in məlumatına görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin yaydığı açıqlamada deyilir.
Açıqlamada bildirilir ki, yüksək risk altında hesab edilən qruplara 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan aşağı olan uşaqlar, hamiləliyin hər hansı bir mərhələsində olan hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər, səhiyyə işçiləri daxildirlər.
Qripin daha çox yayılmasının qarşısını almaq üçün fərdi qoruyucu tədbirlərdən istifadə edərək özümüzü qorumaqdır. Bu tədbirlər əlləri müntəzəm olaraq sabunla yumaq, öskürən və ya asqıran zaman ağız-burun nahiyəsini dəsmalla örtmək, ilkin mərhələdə, ozünü yaxşı hiss etmədikdə, izolasiya olmaq, xəstə insanlarla sıx əlaqədə olmamaq, göz, burun və ya ağıza toxunmaqdan qaçmaqdır.
ÜST açıqlamasında bildirib ki, təşkilatın bütün ölkələrdə qrip viruslarına nəzarət edən qlobal nəzarət sistemini (GISRS) mövcuddur. Ölkələrdə olan laboratoriyalar, həmçinin Azərbaycan, viruslara aid məlumatları həmin sistemə daxil edirlər. Mövcud olan qrip (A(H1N1) aşağı və orta intensivliyi olan tipik mövsümi qrip hesab edilir.
Qeyd edək ki, ÜST Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxduğunu açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev həmin şəxslərin artıq tam sağaldığını söyləyib.