...

Gündüz İsmayılov: Qərbdən və Şərqdən gələn təsirlərə qarşı mənəvi immunitetimiz olmalıdır

Cəmiyyət Materials 7 Fevral 2019 12:48 (UTC +04:00)
Qərbdən və Şərqdən gələn bu təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır
Gündüz İsmayılov: Qərbdən və Şərqdən gələn təsirlərə qarşı mənəvi immunitetimiz olmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan gəncliyinə və ailəsinə qarşı iki istiqamətdə təsir var.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Yeni Azərbaycan Partiyasında keçirilən “Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.

G.İsmayılov bildirib ki, bu təsirlərdən biri Qərbdən gələn ultramüasirlik, digəri isə Şərqdən gələn ultradindarlıqdır:

“Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəflərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünəməxsus həyat tərzi, mədəniyyəti, adət-ənənələri var. Bu baxımdan bizim Şərqlə dinimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malayziyalı, iranlı, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir”.

Komitə sədrinin müavini vurğulayıb ki, biz dinimizə sahib çıxa bilərik, amma bu, heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır, biz öz mədəniyyətimizə sahib çıxmalıyıq: “Eyni zamanda Qərbdən gələn təsir nəticəsində ingilisləşmə, fransızlaşma, amerikanlaşma kimi hallar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu kimi təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti