...

Millət vəkili: Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər

Cəmiyyət Materials 7 Fevral 2019 13:03 (UTC +04:00)
Bu gün bir çox ailələr oğluna qız axtaranda onun az savadlı olmasını, evdən çıxmamasını istəyir. Amma bu, problemlər yaradır.
Millət vəkili: Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün bir çox ailələr oğluna qız axtaranda onun az savadlı olmasını, evdən çıxmamasını istəyir. Amma bu, problemlər yaradır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.

A.Naxçıvanlı qeyd edib ki, hər bir ailə öz övladına yaxşı təhsil verməlidir: “Düzdür, bu gün bəziləri qıza elçi gələndə söz verirlər ki, onun işləməyinə icazə verəcəklər, amma dediklərinə əməl etmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir. Adətən ögey ata olan ailələrdə qızları başdan etmək üçün tez ərə verirlər".

Millət vəkili bildirib ki, qeyri-rəsmi nikahlar cəmiyyəti narahat edir: "Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər. İnanmıram ki, təhsilli ailədə gənc hər hansı təsir altına düşsün və ailə probleminə barmaqarası baxsın. Bizim gənclər əziyyətə dözmək istəmirlər. Əvvəllər yeni ailələr qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərin sosial-mənzil problemlərinin həlli istiqamətindən tədbirlər görülür. Gənclərə tövsiyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünsünlər. O zaman seçimləri də gözəl olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti