...

İH: Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikinitisinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2019 18:38 (UTC +04:00)
Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir.
İH: Şamaxıda qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikinitisinə başlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir.

Trend-ə rayonun İcra Hakimiyyətindən verilən məlumata əsasən, Prezident İlham Əliyevin fevralın 7-də Şamaxıya səfəri, mövcud vəziyyətlə tanış olması, sakinlərlə görüşü, fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqların icrasına dərhal başlanılıb.

Fevralın 5-də və 6-da baş verən zəlzələ Şamaxı rayonunda, xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir.

Artıq qəzalı evlərin yenidən tikilməsi üçün ərazinin boşaldılmasına başlanılıb, həmin evlərin sahibləri isə kirayə mənzillərə yerləşdirilib. Zəlzələnin fəsadlarının araşdırılması işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti