...

Bakıda əhaliyə bir ayda 442,9 milyon manatlıq xidmət göstərilib

Cəmiyyət Materials 8 Mart 2019 09:54 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artaraq 442,9 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 268,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 60,6 faizini təşkil edib.

2019-cu ilin yanvar ayında iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4,2 faiz artaraq 65,7 milyon manat olub.

Dövriyyənin 49,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar ayına nisbətən 12,4 faiz artaraq 32,6 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti