...

Rayonlarda 108,5 hektar ərazidə ağac əkiildi

Cəmiyyət Materials 11 Mart 2019 13:04 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaz ağac əkini aksiyaları çərçivəsində rayonlarda 108,5 hektar ərazidə ağac əkib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları keçirilib.

Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə 53145 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti