...

Sağlamlıq imkanları məhdud gənclər "Xeyirə vəsilə" adlı satış sərgisində iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 13 Mart 2019 20:17 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 30 nəfər gənc "Xeyirə vəsilə" adlı IV Satış sərgisində iştirak ediblər.
Sağlamlıq imkanları məhdud gənclər "Xeyirə vəsilə" adlı satış sərgisində iştirak ediblər (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 30 nəfər gənc "Xeyirə vəsilə" adlı IV Satış sərgisində iştirak ediblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Satış sərgisində müəllim, tələbə, xeyriyyəçi rəssamların əl işləri ilə birgə, Mərkəzdən olan gənclərin müxtəlif tətbiqi sənət növlərində 300-dən artıq əl işi nümayiş etdirilib. Təqdim olunan əsərlər böyük maraqla qarşılanıb.

Mərkəzdə bir çox peşələrlə yanaşı, tətbiqi sənət növləri üzrə kurslar da təşkil olunur. Bu kurslara cəlb edilənlərin bacarıqları xüsusi təlim məşğələləri, tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində təkmilləşdirilir.

Bu vaxta qədər Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə 1650 gənc müxtəlif peşə hazırlıq kurslarına cəlb edilib. Hazırda isə burada 100-dən çox gənc peşə təlimindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti