...

Piyadalar saxlanıldı - 20 nəfərə protokol yazılıb (FOTO)

Cəmiyyət Materials 29 Mart 2019 17:14 (UTC +04:00)
Bu gün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piayadaların müəyyən olunmamış ərazilərdən keçməsinə qarşı reyd təşkil edib.
Piyadalar saxlanıldı - 20 nəfərə protokol yazılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piayadaların müəyyən olunmamış ərazilərdən keçməsinə qarşı reyd təşkil edib.

Trend-in məlumatına görə, Azadlıq prospekti ərazisində keçirilən profilaktik reyd nəticəsində 100-dən artıq piyada saxlanılıb.

Əsasən maarifləndirici əhəmiyyət daşıyan tədbir çərçivəsində piyadalara xəbərdarlıq edilib.

Ümumilikdə gün ərzində rayon ərazisində 255 piyada saxlanılıb.

Saxlanılan piyadalardan 20 nəfərə inzibati protokol tərtib edilib. Digər piyadalara xəbərdarlıq edilərək maarifləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti