...

BDU-da “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2019 20:11 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib.
BDU-da “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biologiya fakültəsinin ictimai işlər üzrə dekan müavini Musa Cabbarov, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Arifə Məmmədbəyova, Mirzə Ələkbər Sabir fondunun rəhbəri Sevda Tahirli aprel hadisələrini işğal altında olan torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi xarakterizə edib, bu döyüşlərin gənclərdə həmrəylik, vətənpərvərlik tərbiyəsinin və milli ruhun gücləndirilməsində böyük rolundan danışıblar.

BDU-nun rektoru Elçin Babayev tədbirdə iştirak edən aprel döyüşçüləri, kapitan Hikmət Məmmədov, baş leytenantlar - Röyal Əşrəfov, Səməndər Manafov, leytenant Müzəffər Bahadırov və gizir Səxavət Salmanov ilə görüşüb.

Görüşdə Azərbaycan ordusunun gücünu və xalqımızın birliyini nümayişi etdirən aprel döyüşlərində qazanılan uğurlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışılıb, şəhidlik zirvəsinə ucalan igid oğullarımız xatırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti