...

Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlandı - FOTO

Cəmiyyət Materials 6 Aprel 2019 13:23 (UTC +04:00)
Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlanıb.
Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlandı - FOTO

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı minik maşınının salonunda - ön oturacaqların içərisində "King" markalı 5000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti