...

Torpaq uçqunu zamanı xəsarət alan "Azərsu" əməkdaşının vəziyyəti - AÇIQLAMA

Cəmiyyət Materials 10 Aprel 2019 09:29 (UTC +04:00)
Ucarda kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı xəsarət alan "Azərsu" əməkdaşı Vilnur Sadıqovun səhhəti normaldır.
Torpaq uçqunu zamanı xəsarət alan "Azərsu" əməkdaşının vəziyyəti - AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

Ucarda kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı xəsarət alan "Azərsu" əməkdaşı Vilnur Sadıqovun səhhəti normaldır.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, V.Sadıqov hazırda Ucar rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir: "Həyatı üçün təhlükə yoxdur. Ayağında ağrıları var, həkim nəzarətindədir. Hazırda xəstə özünü normal hiss edir. Hadisə nəticəsində xəsarət alan digər əməkdaşımız isə evindədir, stasionar müalicəyə ehtiyacı yoxdur".

Qeyd edək ki, Ucarda kanalizasiya xəttində baş vermiş qəza aradan qaldırılarkən torpaq uçqunu baş verib. Hadisə nəticəsində "Azərsu" ASC-nin 2 nəfər əməkdaşı xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti