...

Təhsil İdarəsindən 321 nömrəli məktəbdə kəllə-beyin travması alan şagirdlə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 12 Aprel 2019 13:40 (UTC +04:00)
Bakı Şəhər Təhsil İdarəsi bu gün 321 nömrəli məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Təhsil İdarəsindən 321 nömrəli məktəbdə kəllə-beyin travması alan şagirdlə bağlı AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) bu gün 321 nömrəli məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Trend-in məlumatına görə, yayılan xəbərdə bildirilir ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib.

Məktəbə təcili-tibbi yardım çağırılıb və təhsil müəssisəsinin rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb.

BŞTİ-dən bildirilib ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti