...

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

Cəmiyyət Materials 15 May 2019 07:45 (UTC +04:00)
Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.
Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

Trend-in məlumatına görə, bununla bağlı “Təhsil haqqında”” qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.

Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti