...

İsmayıllıda külək məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb

Cəmiyyət Materials 20 May 2019 18:56 (UTC +04:00)
İsmayıllıda baş vermiş külək nəticəsində rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü külək atıb.
İsmayıllıda külək məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb

Bakı. Samir Əli - Trend:

İsmayıllıda güclü külək rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb.

Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayonun "RTS" adlanan ərazisində ikimərtəbəli inzibati binanın dam örtüyünə ziyan dəyib:

"Binada 4 məcburi köçkün ailəsi məskunlaşır. İkimərtəbəli inzibati binadır. Güclü külək nəticəsində dam örtüyünə ziyan dəyib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat vermişik".

R.Ağayev bildirib ki, rayon ərazisində fərdi yaşayış evlərinə ciddi ziyan dəyməyib:

"Əsasən külək ağacları aşırıb və elektrik enerji təsərrüfatına ziyan vurub. Hadisə nəticəsində 70-ə yaxın yaşayış məntəqəsinin elektrik enerjisi təminatında problem yaranmışdı. Artıq problem aradan qaldırılıb və bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti