...

AQTA sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 29 May 2019 15:35 (UTC +04:00)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb.

AQTA-dan Trend-ə verilən məlumata görə, görüşdə Agentlik sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla, eyni zamanda sahibkarlarla sıx əməkdaşlıq edir.

Görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasιnınicraçı direktoru Tobias Baumann səmimi qəbula görə təşəkkür edib, palatanın 2012-ci ildən etibarən alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi sahibkarlara bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verdiyini diqqətə çatdırıb. T.Baumann ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Sonda qida təhlükəsizliyi istiqamətində həyata keçirilməsi planlaşdırılan birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti