...

Hakimlərin 60-70 faizi yeni qaydalarla seçilib - Nazir müavini

Cəmiyyət Materials 2 İyul 2019 11:49 (UTC +04:00)
Hakim korpusunun sağlamlaşdırılması ilə bağlı xeyli işlər görülüb
Hakimlərin 60-70 faizi yeni qaydalarla seçilib - Nazir müavini

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda məhkəmələrin fəaliyyəti göz qabağındadır. Hər kəs "Elektron məhkəmə" informasiya sisteminə daxil olaraq, hakimlər, baxılan işlər barədə məlumat ala bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

Nazir müavini qeyd edib ki, ölkədə yeni məhkəmə binaları inşa edilib: "Bu cür işlər hakimləri daha da məsuliyyətli edir".

A.Cəfərov vurğulayıb ki, hakimlə ictimaiyyətin ünsiyyəti yalnız məhkəmə zalında baş verir: "Bu da onunla əlaqədardır ki, hər hansı qeyri-prosessual hadisə baş verməsin. Hakim korpusunun sağlamlaşdırılması ilə bağlı xeyli işlər görülüb. Yəqin ki, məlumatınız var, xeyli hakim cəzalandırılıb, sistemdən uzaqlaşdırılıb. Azərbaycanda məhkəmə sistemi ilə bağlı ən mütərrəqi qaydalar tətbiq olunur. Artıq hakimlərin 60-70 faizi yeni qaydalarla seçilənlərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti