...

Qurban ətləri pulsuz müayinə olunacaq (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2019 11:58 (UTC +04:00)
Qurban bayramı ərəfəsində AQTA laboratoriyaları pulsuz xidmət göstərəcək.
Qurban ətləri pulsuz müayinə olunacaq (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Qurban bayramı ərəfəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laboratoriyaları pulsuz xidmət göstərəcək.

Trend-in məlumatına görə, bunu AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Q.Əbdüləliyevin sözlərinə görə, heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək:

“Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq. Normal günlərdə isə AQTA-nın laboratoriyalarında müayinə üçün iribuynuzlu heyvanlarda 5 manat, xırdabuynuzlu heyvanlarda isə 4 manat dövlət rüsumu ödənilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti