...

“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final hazırlıqlarını başa vurublar (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Avqust 2019 18:22 (UTC +04:00)
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.
“Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final hazırlıqlarını başa vurublar (FOTO/VİDEO)

Bakı. Trend:

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində finala vəsiqə qazanan tankçılarımız son hazırlıqlarını başa vurublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən final estafetində istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.

Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan tankçıları avqustun 17-də keçiriləcək final estafetində birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti