...

İcra Hakimiyyəti: Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Cəmiyyət Materials 20 Avqust 2019 17:41 (UTC +04:00)
Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.
İcra Hakimiyyəti: Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Bakı. Samir Əli - Trend:

Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Bu barədə Trend-ə açıqlamasında Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yanğın yaxınlıqdakı alma bağlarının ərazisinə keçib: "Bu ərazidə sovet dövründən qalan alma ağacları var, yəni sahibkarlıq subyekti deyil. Həmin yerdə 30-40 sot alma ağacları olan ərazidə quru ot yanıb. Yanğın tam söndürülüb və heç kimə ziyan dəyməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti