...

İctimai Birlik sədri: Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2019 15:19 (UTC +04:00)
Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz.
İctimai Birlik sədri: Döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Son günlər Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verən hadisə xoşagəlməz olaydır. Bundan istifadə edib insanları dövlət əleyhinə qaldırmaq istəyənlər var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak etmiş Qarabağ qazilərinin mətbuat konfransında bildirib.

O qeyd edib ki, döyüşçü adından dövlət əleyhinə istifadə oluna bilməz:

“Amma biz qanuni, hüquqi dövlətdə yaşayırıq. Ona görə də bu məsələyə hüquq müstəvisində qiymət verilməlidir. Hər iki tərəfdən günahkarlar varsa, onlar cəzalandırılmalıdır. Amma bundan istifadə edərək kimlərinsə siyasi maraqlar baxımından xaricdəki qüvvələrin hesabına iğtişaş yaratmağına imkan verə bilmərik. Biz bu dövlət üçün döyüşmüşük, canımızla, qanımıza döyüşmüşük, sabitliyimiz var və bunu pozmağa heç kimə icazə vermərik. Biz döyüşçülər həmişə o cür qüvvələrin qarşısında olacağıq".

M.Mehdiyev bildirib ki, bu məsələdə konkret kiminsə hədəf götürülməsinə çalışılır: "Əlilliyi verən dövlət qurumlarıdır. Ona görə bu məsələ araşdırılmalıdır. Biz dəfələrlə onlara müraciət etmişik. Saxta əlillik alan insanları yox, saxta əlilliyi verənləri cəzalandırmaq lazımdır. Onların hesabına dövlət büdcəsinə dəyən zərər qaytarılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti