...

Nəsimi ili ilə əlaqədar Ələt-Astara-İran yolunun Astaradan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq

Cəmiyyət Materials 28 Noyabr 2019 21:24
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Astarada təxminən 4000 ağac əkiləcək.
Nəsimi ili ilə əlaqədar Ələt-Astara-İran yolunun Astaradan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Astarada təxminən 4000 ağac əkiləcək.

Bunu Trend-ə Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İlqar Malıyev deyib.

İ.Malıyevin sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ələt-Astara-İran yolunun Astaradan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq.

İcra başçısının müavini əkin zamanı əsasən, dekorativ bitkilərə üstünlük veriləcəyini söyləyib.

İ.Malyev rayonda əkin işlərinə hazırlıq üçün işlərin aparıldığını, ərazilərin hamarlaşdırılaraq quyuların qazıldığını söyləyib.

Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti