Bakı. Ceyhun Ələkbərov - Trend:
Bayram günlərində adi iş günlərinə nisbətən dəmir yolu ilə daşınan sərnişinlərin sayı iki dəfə çox olub.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, Dövlət Bayrağı Günü ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, noyabrın 9-da bir istiqamətə, noyabrın 11-də isə hər iki istiqamətə olmaqla, əlavə qatar təyin edilib:
"Həmin tarixlərdə Bakı-Gəncə-Bakı istiqamətində 2389 sərnişin daşınıb. Bu da, müvafiq olaraq, adi iş günlərində daşınan sərnişindən iki dəfə çoxdur".