• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib (FOTO)

15 Noyabr 2019 20:32 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) “Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeria Kurmakaeva “Beynəlxalq elmi jurnalların axtarıb tapılması və onlarda nəşr olunmağın yolları” mövzusunda təlim keçib.

BDU-dan Trend-ə verilən məlumata görə, təlimdə Universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak ediblər.

Valeria Kurmakaeva “Web of Science” platformasına daxil olmaq üçün elmi məqalələr qarşısına qoyulmuş tələblər, onları təqdimetmə qaydaları, seçim meyarları, yırtıcı jurnallarla bağlı problemlər, elmi məhsuldarlıqla əlaqədar digər göstəricilər haqqında məlumat verib. O, həmçinin son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə "yırtıcı jurnallar"ın üzə çıxdığını diqqətə çatdırıb.Bildirib ki, bu tip nəşrlər göndərilən məqalələri tez bir zamanda dərc edir, məqaləyə dair resenziyanı qısa müddətdə verir və ödənişi dərhal tələb edirlər. Bundan əlavə, sözügedən nəşrlərin kollegiya heyəti haqqında heç bir məlumat alimlərlə təqdim olunmur. “Web of Science” platformasında nüfuzlu və impakt faktorlu jurnalların olduğunu deyən Valeria Kurmakaeva, alimləri bu məsələdə diqqətli olmağa çağırıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə istinadı (self-citation) çıxmaq şərti ilə 247 dəfə) istinad olunub. Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə Universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib (FOTO)
  • “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib (FOTO)
  • “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib (FOTO)
  • “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib (FOTO)
  • “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib (FOTO)
  • “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib (FOTO)
  • Məqalədə:
  • Bakı Dövlət Universiteti
Digər xəbərlər
BDU-nun yubileyi münasibətilə müsabiqə qalibləri mükafatlandırılıb (FOTO)
Cəmiyyət 3 Dekabr 20:09
Rektor zəhərlənən tələbələrlə bağlı açıqlama verdi
Cəmiyyət 3 Dekabr 13:25
İlahiyyat İnstitutunun heyəti şahmat turnirinin qalibi olub (FOTO)
Cəmiyyət 2 Dekabr 20:12
BDU-nun beynəlxalq əlaqələri genişlənir
Cəmiyyət 2 Dekabr 18:59
Gənclər Fondunun icraçı direktoru və ATGTİ-nin sədri BDU tələbələri ilə görüşüblər (FOTO)
Cəmiyyət 30 Noyabr 02:23
BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir (FOTO)
Cəmiyyət 29 Noyabr 19:53
Xəbər lenti
İranda parlament seçkilərinə 16 mindən çox şəxs qeydiyyatdan keçib
Dünya xəbərləri 19:25
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 08.12.2019 tarixli bölüm
Siyasət 19:00
Xırdalanda yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib
Hadisə 18:15
Naməlum təyyarələr İranın hərbi düşərgəsinə hava zərbələri endirib
Dünya xəbərləri 17:45
Astarada 3 otaqlı ev yanıb, ölən var
Hadisə 17:24
Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub
İdman 16:55
Sutka ərzində Suriyaya mindən artıq qaçqın qayıdıb
Dünya xəbərləri 16:27
Ağır yol qəzası 4 nəfərin ölümünə səbəb oldu
Hadisə 15:50
Kollecdə yanğın nəticəsində ölənlərin sayı 10-a çatdı
Dünya xəbərləri 15:15
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)
Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri