Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Bakıdakı səfirliyində Azərbaycan KİV nümayəndələri ilə səfirliyin mətbuat müşaviri Hüseyn Altınalanın görüşü keçirilib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdə çıxış edən H Altınalan mətbuatın müasir dövrdəki önəmindən danışıb.
Müşavir qeyd edib ki, Azərbaycan mediasında Türkiyə haqqında həqiqətləri əks etdirən xeyli sayda xəbərlər yayımlanır ki, bu da yerli mətbuatın Türkiyəyə olan diqqətinin göstəricisidir.