...

Metroda nasazlıq baş verib - "Ulduz-Həzi Aslanov" istiqamətində qatarlar işləmir

Cəmiyyət Materials 24 Noyabr 2019 08:52 (UTC +04:00)
"Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində nasazlıq baş verib
Metroda nasazlıq baş verib - "Ulduz-Həzi Aslanov" istiqamətində qatarlar işləmir

Bakı. Samir Əli - Trend:

Bakı Metropolitenin "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində nasazlıq baş verib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir: "Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür İctimaiyyətə əlavə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti