...

BDU-nun xəstəxanaya yerləşdirilən tələbələrinin KİMLİYİ və qoyulan DİAQNOZ açıqlandı

Cəmiyyət Materials 3 Dekabr 2019 12:03 (UTC +04:00)
Bakı Dövlət Universitetinin xəstəxanaya yerləşdirilən 2 tələbəsinin kimliyi məlum olub.
BDU-nun xəstəxanaya yerləşdirilən tələbələrinin KİMLİYİ və qoyulan DİAQNOZ açıqlandı

Bakı. Samir Əli - Trend:

Bakı Dövlət Universitetinin (BDU) qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) xəstəxanaya yerləşdirilən iki tələbəsinin kimliyi məlum olub.

Trend-in məlumatına görə, Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələr - 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır. Hər iki tələbə axşam kirayə yaşadıqları evdə yeməkdən sonra özlərini pis hiss edib. Məlumata görə, tələbələrdən biri "Hotdoq", digəri isə "pirojki" yeyib. Özlərini pis hiss edən tələbələr təcili yardıma müraciət ediblər.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, tələbələr qastrentologiya şöbəsinə yerləşdiriliblər: "Tələbələrdə zəhərlənmə aşkarlanmayıb. Onlar mədə-bağırsaq pozuntusu ilə xəstəxanaya gətirilib və onlara kəskin qastroenterit diaqnozu qoyulub. Hər iki xəstənin vəziyyəti normaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti