...

First Class Hospitality şirkəti yaradıcı tədbiri ilə tərəfdaşlarını təəccübləndirdi (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2019 10:50 (UTC +04:00)
First Class Hospitality (FCH) şirkəti özünün növbəti yaradıcı tədbiri ilə tərəfdaşlarını təəccübləndirdi.
First Class Hospitality şirkəti yaradıcı tədbiri ilə tərəfdaşlarını təəccübləndirdi (FOTO)

Bakı. Trend:

Prime Şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən First Class Hospitality(FCH) şirkəti özünün növbəti yaradıcı tədbiri ilə tərəfdaşlarını təəccübləndirdi.

FirstClass Hospitality (FCH) 5*- otellərin, turizm şirkətlərinin, kruizlərin və DMC-lərin Azərbaycan turizm marketində ilk və yeganə tanıtımını edən şirkətdir. FCH-nin məqsədi sadə və aydındır: Şirkət hər bir təmsil etdiyi şirkətin kreativ brend hekayəsini yaradır və onu potensial müştəri bazasına təqdim edir.

Dekabrın 14-ü baş tutan tədbir üç hissədən ibarət maraqlı bir konseptlə yadda qalıb. Şəhərimizdə yerləşən məkanlarından biri olan El Portalon restoranında keçirilmiş tədbir ilk olaraq qonaqları maraqlı yoqa dərsi, ikinci hissədə xaricdə yerləşən məhşur 5* otellərini təqdimatı və tanıtımı, ən sonda uduşlu kuponlar və hədiyyələrlə sevindirib. Tədbirdə şəhərin aparıcı şirkətlərinin nümayəndələri iştirak etmişdir və onlara müxtəlif otellərdə, kruiz şirkətlərində olan xüsusi qiymət təklifləri və yeniliklər haqqında məlumatlar verilib. Bu tipli tədbirlər xaricdəki otellərlə əlaqələrin möhkəmlənməsinə və səyahət edən insanların daha çeşidli seçimlər etməsinə təkan olacaqdır.

First Class Hospitality-nin bu tipli tədbirləri gələcəkdə də fərqli konseptlərdə davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti