...

İcbari tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək

Cəmiyyət Materials 19 Dekabr 2019 11:16 (UTC +04:00)
Tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilməsi prosesi gələn il ərzində davam etdiriləcək.
İcbari tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə əlaqədar tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilməsi prosesi gələn il ərzində davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.

Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi daim dövlətin səhiyyə siyasətini yürüdür və yürüdəcək: "Pulsuz səhiyyə özünü doğrultmadı. Bu, dövlət üçün böyük yükdür və həddindən artıq problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur".

R.Əliyev əlavə edib ki, səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, icbari tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti