...

Azərbaycanda yeni səhralaşma ocaqları müəyyən edilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2019 12:38 (UTC +04:00)
Coğrafiya İnstitutunun apardığı tədqiqatlar zamanı yeni səhralaşma ocaqları müəyyən edilib.
Azərbaycanda yeni səhralaşma ocaqları müəyyən edilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Coğrafiya İnstitutunun apardığı tədqiqatlar zamanı yeni səhralaşma ocaqları müəyyən edilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, yeni ocaqlar Mil düzünün Şirinqum təpələri ərazisində aparılan çöl-tədqiqat işləri nəticəsində aşkarlanıb.

Araşdırma zamanı Mil düzündə səhra landşaftının 45 hektara qədər ərazini əhatə etməsi müəyyən edilib. Təpələrin mütləq və nisbi hündürlükləri ölçülüb, coğrafi koordinatlar dəqiqləşdirilib.

Ərazidə 20-yə qədər barxan tipli eol relyef formaları müşahidə olunub.

Tədqiqatlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti