...

Gələcəyin təhsil modeli VR reallaşır (FOTO/VİDEO)

Cəmiyyət Materials 28 Dekabr 2019 12:20 (UTC +04:00)
Barattson VRiendly ilə Virtual Reallıq sahəsində birgə fəaliyyət və əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Gələcəyin təhsil modeli VR reallaşır (FOTO/VİDEO)

Bakı. Trend:

Dekabrın 25-də Barattson şirkəti ilə ABŞ-da təsis edilmiş VRiendly startap şirkəti arasında Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Barattson şirkətindən Trend-ə verilən məlumata görə, şirkətin Nizami filialında keçirilən tədbiri açıq elan edən Barattson şirkətinin müddətli icraçı direktoru Zeynal Zeynalov rəhbərlik etdiyi şirkət haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.

Sonra Zeynal bəy Barattson şirkəti ilə VRiendly şirkəti arasında əməkdaşlıq və birgə fəaliyyət və Virtual Reallıq üzrəindən texnoloji həllərin inkişaf etdirilməsi ilə bağlı planlar və məqsədlərdən və fəaliyyətin bəzi detallarından danışdı.

Beləki, ilkin mərhələdə Virtual Reallıq üzərindən gələcəyin təhsili modelinin inkişaf etdirilməsi vurğulansa da və uzun perspektivdə gələcək virtual dünyada yeni imkanların ortaya çıxarılması, virtual dünyada birgə yeni biznes modellərin araşdırılması və inkişaf etdirilməsi əməkdaşlığın əsas predmeti kimi Anlaşma Memorandumuna daxil edildiyi qeyd edildi.

O cümlədən anlaşmaya əsasən Barattson şirkəti VRiendly şirkətinin Azərbaycan Respublikasında rəsmi və eksklyuziv partnyoru kimi çıxış edəcəkdir.

Sonra VRiendly şirkətinin həmtəsisiçisi və icraçı direktoru Ülvi Nəsibli VRiendly barədə məlumat verdi, şirkətdə quruculuq işlərindən və Barattson ilə birgə fəaliyyət perspektivlərindən danışdı.

Daha sonra qonaq qismində söz VRiendly şirkətinin digər həmtəsisçisi və texniki direktoru Kamran Qurbanlıya verildi. Kamran bəy də öz növbəsində iştirakçıları salamladı və VRiendly ilə bağlı maraqlı faktları bölüşdü.

Sual-cavab sessiyasından sonra Barattson və VRiendly arasında Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub.

Tədbirdən sonra tədbirin qeyri-rəsmi hissəsində VRiendly şirkəti nümayəndələri və tədbir iştirakçıları kofe masası ətrafında müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti