...

Bizimlə olun və uğur mütləq sizinlə olacaq! – TREND BİA-nın Yeni il təbriki

Cəmiyyət Materials 31 Dekabr 2019 10:00 (UTC +04:00)
TREND Beynəlxalq İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2020-ci il münasibətilə sizi təbrik edir!
Bizimlə olun və uğur mütləq sizinlə olacaq! – TREND BİA-nın Yeni il təbriki

Bakı. Trend:

TREND Beynəlxalq İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2020-ci il münasibətilə sizi təbrik edir!

Başa çatmaqda olan 2019-cu ilin son və qarşıdan gələn 2020-cu ilin ilk günlərində bu sözlər hələ çox səslənəcək və ətrafda hər şey yeni, işıqlı, şən və xeyirxah ab-hava ilə əhatə olunacaq. Köhnə ildən yeni ilə keçərkən hamımız, belə demək mümkünsə, qeyri-adi və sehirli hisslər yaşayırıq. Yeni il ərəfəsində gözəl paytaxtımız isə nağıllar şəhərinə çevrilir və çoxsaylı işıqları ilə daha cəlbedici olur.

Agentliyin kollektivi daimi və yeni – bütün oxucularına növbəti ildə xoş hadisələr, uğurlar, yeni perspektivlər, həmçinin şən əhvali-ruhiyyə diləyir!

Arzu edirik ki, bayram evinizə səadət gətirsin, qəlblərinizi sevgi və nura qərq etsin, xeyirxahlıq və məhəbbət hər zaman qalib gəlsin!

2020-cu ildə ölkəmizə sülh, çiçəklənmə və uğurlar arzulayırıq!

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrikində vurğulayıb:

"Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır".

TREND İnformasiya Agentliyi tərəfdaşlarına – abunəçilərinə, reklam verənlərə, saytımızı mütəmadi izləyənlərə və yeni dostlarımıza təşəkkürünü bildirir!

Biz sizə 2020-ci ildə xeyli sayda xoş xəbərləri ilk olaraq çatdırmaqdan şad olacağıq!

Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq!

Bizimlə olun və uğur mütləq sizinlə olacaq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti