...

"Gəncə avtomobil zavodu" İB-nin Türkiyə nümayəndəliyinin rəhbərliyində dəyişiklik olub

Cəmiyyət Materials 10 Yanvar 2020 15:01 (UTC +04:00)

Bakı. Trend:

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Türkiyə Respublikasında fəaliyyət göstərən nümayəndəliyin rəhbərliyində dəyişiklik baş verib.

Trend-in məlumatına görə, bu barədə məlumatı birliyin mətbuat xidməti müşahidə şurasının sədri Xanlar Fətiyevə istinadən yayıb.

X. Fətiyev bilidirib ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı inqilabi islahatlara dəstək olaraq Gəncə avtomobil zavodu İB-nin rəhbərliyi də gənc və perspektivli, bacarıqlı, daim yeniliklər axtarmağa qadir gənclərin önə çəkilməsinə, onlara böyük etimad göstərilməsinə önəm verir. Bunu nəzərə alaraq Əhməd Əsəd oğlu Rəhimov “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Türkiyə Respublikasında fəaliyyət göstərən nümayəndəliyin rəhbəri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti