...

Sabah hava yağmursuz keçəcək

Cəmiyyət Materials 20 Yanvar 2020 12:42 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah hava yağmursuz keçəcək

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti