...

Diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqı artımı məsələsi qaldırıla bilər

Cəmiyyət Materials 6 Fevral 2020 17:44 (UTC +04:00)
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqının artımı məsələsinə münasibət bildirib.
Diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqı artımı məsələsi qaldırıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməkhaqqının artımı məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin qarşısında duran əsas məqsəd ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarığının diaqnostik qiymətləndirməsini həyata keçirmək idi:

"Təbii ki, qiymətləndirmədən sonra müəyyən olunan məqsədlər bundan sonra gerçəkləşdiriləcək. Yəqin ki, müvafiq təşkilatlar qarşısında da bu məsələ qaldırılacaq".

Xatırladaq ki, ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron müraciət keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.

Xəbər lenti

Xəbər lenti