...

Pakistanda zorakı ekstremizmə qarşı mübarizədə gənc qadınların və qızların roluna həsr olunan beynəlxalq seminar keçirildi (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2020 10:26 (UTC +04:00)
Seminara 100-dən artıq yerli və xarici iştirakçı qatılıb
Pakistanda zorakı ekstremizmə qarşı mübarizədə gənc qadınların və qızların roluna həsr olunan beynəlxalq seminar keçirildi (FOTO)

Bakı. Trend:

Dünən Pakistanın paytaxtı İslamabad şəhərində İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM), Pakistanın Dini İşlər və İnanclararası Harmoniya Nazirliyinin və Pakistan Gənclərə Dəstək Şəbəkəsinin təşkilatçılığı ilə “Zorakı Ekstremizmə qarşı Mübarizədə Gənc Qadınların və Qızların Rolu” mövzusunda beynəlxalq seminar keçirilib.

Trend-in məlumatına əsasən, tədbirin əsas məqsədi müsəlman ölkələrində gənc qadın və qızların 21-ci əsrdə artmaqda olan ekstremizmlə mübarizədə rolunun gücləndirilməsinə nail olmaq, onların təhsil hüquqlarının genişləndirilməsinə töhfə vermək, eləcə də onların ekstremist təşkilatlara qoşulmasının qarşısını almaq, bu istiqamətdə konkret mexanizmləri araşdırmaqdır.

100-dən artıq yerli və xarici iştirakçının qatıldığı seminarın açılış mərasimində çıxış edən Pakistanın Dini İşlər üzrə Naziri Pir Nur Ul Haq Qədri, İƏGF-ARM-nin Baş Direktoru Elməddin Mehdiyev və İƏGF-ARM İdarə Heyətinin pakistanlı üzvü Fsahat Ul Hassan bu tədbirin vacibliyindən bəhs edərək, beynəlxalq seminarın praktik xarakter daşıyacağına, ekstremizmlə mübarizədə əməli təkliflərin irəli sürüləcəyinə ümid etdiklərini bildiriblər.

Seminar daha sonra 3 panel sessiyaları çərçivəsində öz işini davam etdirib. Bu sessiyalarda iştirakçılar müxtəlif müsəlman ölkələrində ekstremizm və terrorla mübarizədə gənc qadınların fəalliyyəti ilə bağlı təcrübə və ideya mübadiləsi, o cümlədən, İƏT məkanında, xüsusilə, Kəşmir, Xocalı və Rohinqyada baş vermiş humanitar faciələrin qurbanları olan gənc qadın və qızlarla bağlı müzakirələr aparıblar. Sessiyalarda çıxışçı qismində iştirak edənlər arasında Birləşmiş Krallığın Ekstremizmlə Mübarizə Komissiyasının baş siyasi məsləhətçisi Sara Ratore, Pakistan Senatının üzvü senator Sehar Kamran və Azərbaycanlı gənc ekspertlər - Şücaət Əhmədzadə və Aygün Bayramova iştirak etmişlər.

Tədbir çərçivəsində İƏGF-ARM-in baş direktoru Elməddin Mehdiyev İƏGF və onun Avrasiya Regional Mərkəzinin həyata keçirdiyi mühüm layihələr haqda Pakistanın Dini İşlər üzrə Naziri Pir Nur Ul Haq Qədriyə məlumat vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti