Bakı. Elnur Bağışov - Trend:
Güclü qar və şaxta səbəbi ilə ölkəyə qayıda bilməyən 69 Azərbaycan vətəndaşı İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonunda ziyarət məkanları və məscidlərdə yerləşdiriliblər.
Trend-in məlumatına görə, bunu İranın Astara rayonu Xeyriyyə Məsələləri üzrə idarəsinin direktoru Cəmşid Məhdəvi deyib.
C.Məhdəvinin sözlərinə görə, Azərbaycan vətəndaşları ötən gün rayonda nəzərdə tutulan məkanlarda gecələyiblər.
Qeyd edək ki, ötən 3 gün ərzində İranın Gilan vilayətinin əksər hissələrində güclü qar yağıb. Vilayətin bəzi rayonlarında şəhərlərdə qarın hündürlüyü 1 metri keçib.
Əlavə edək ki, İranda güclü qar və uçqun nəticəsində indiyədək 8 nəfər həlak olub, 85 nəfər yaralanıb.