...

Naqif Həmzəyev Türkiyədə Xocalı soyqırımından danışıb (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2020 13:40 (UTC +04:00)
Milli Məclisin deputatı Naqif Həmzəyev “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir.
Naqif Həmzəyev Türkiyədə Xocalı soyqırımından danışıb (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Naqif Həmzəyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir.

Trend-in məlumatına görə, Naqif Həmzəyev Türkiyəyə səfəri çərçivəsində qardaş ölkədə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar təşkil olunan silsilə tədbirlərdə, Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibələrdə Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

İstanbul Aydın Universitetində, Konya Səlcuq Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən anım mərasimlərində, rəsm sərgilərində dövlət və ictimai xadimlərin, QHT və KİV təmsilçilərinin, müəllim və tələbələrin qarşısında çıxış edən Naqif Həmzəyev Xocalı soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini bildirib. Millət vəkili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan aksiyaların böyük əhəmiyyətini xüsusi ilə vurğulayıb.

Qeyd edək ki, “Xocalıya Ədalət həftəsi” çərçivəsində Türkiyənin bir sıra bələdiyyə və universitetlərində Xocalı soyqırımı ilə bağlı konfranslar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti