...

Baş prokurorun müavini Neftçalada sakinləri qəbul edəcək

Cəmiyyət Materials 27 Fevral 2020 14:51 (UTC +04:00)
Baş prokurorun müavini Namiq Əsgərov Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək
Baş prokurorun müavini Neftçalada sakinləri qəbul edəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il martın 6-da saat 10:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.

Trend-in məlumatına görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Neftçala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti