...

Karantində saxlanılanlarda yeni pozitiv nəticə aşkarlanmayıb - Operativ qərargah

Cəmiyyət Materials 29 Fevral 2020 10:24 (UTC +04:00)
İndiyədək koronavirus şübhəsi ilə karantində saxlanılan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə aşkarlanmayıb.
Karantində saxlanılanlarda yeni pozitiv nəticə aşkarlanmayıb - Operativ qərargah

Bakı. İlhamə İsabalayeva - Trend:

İndiyədək koronavirus şübhəsi ilə karantində saxlanılan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə aşkarlanmayıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Trend-ə verilən məlumata görə, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir:

"Ancaq xüsusilə bildirmək istəyirik ki, vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti