...

"Azərbaycan Dəmir Yolları" inzibati binasında dezinfeksiya işləri aparıb (FOTO)

Cəmiyyət Materials 5 Mart 2020 13:24 (UTC +04:00)
Bu barədə Trend-ə QSC-dən məlumat verilib. Dezinfeksiya işləri işçi otaqlarda və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitar qovşaqlarında və s. yerlərdə aparılıb.
"Azərbaycan Dəmir Yolları" inzibati binasında dezinfeksiya işləri aparıb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas inzibati binasında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.

Bu barədə Trend-ə QSC-dən məlumat verilib. Dezinfeksiya işləri işçi otaqlarda və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitar qovşaqlarında və s. yerlərdə aparılıb.

Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah və Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11.

Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirləri davam etdirilir. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti