...

Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçirilib

Cəmiyyət Materials 9 Mart 2020 10:12 (UTC +04:00)
Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.
Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçirilib.

Trend-in məlumatına görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb.

Qurğu vasitəsilə martın 8-də Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılıb.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti