...

RİİB www.teklifimvar.az portalını yaradır

Cəmiyyət Materials 10 Mart 2020 14:42 (UTC +04:00)
“Reginal İnkişaf” İctimai Birliyi (RİİB) www.teklifimvar.az portalı hazırlayır. Tezliklə istifadəyə veriləcək portala vətəndaşlar müxtəlif sosial-iqtisadi, infrastruktur və digər məsələlərlə bağlı təkliflərini göndərə biləcəklər.
RİİB www.teklifimvar.az portalını yaradır

Bakı. Trend:

“Reginal İnkişaf” İctimai Birliyi (RİİB) www.teklifimvar.az portalı hazırlayır. Tezliklə istifadəyə veriləcək portala vətəndaşlar müxtəlif sosial-iqtisadi, infrastruktur və digər məsələlərlə bağlı təkliflərini göndərə biləcəklər.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, daxil olan təkliflər işçi qrup tərəfindən araşdırıldıqdan sonra daha vacib və məqsədəmüvafiq olanlar portalda yerləşdiriləcək. Qeyd edilən platforma üzərindən aidiyyəti qurumlara daxil olan təkliflərin reallaşdırılmasına dəstək göstərmək imkanı yaradılacaq. Görülən işlərin nəticələri barədə məlumat portalda yerləşdiriləcək.

Portalın yaradılmasında məqsəd vətəndaşları ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda, dövlət tərəfindən regionların inkişafı üzrə reallaşdırılan tədbirlərdə daha fəal iştiraka təşviq etməkdir.

Xatırladaq ki, “Reginal İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyatı qurumlarla əməkdaşlıq şəratində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti